4
Yorum
5
Beğeni
5,0
Puan
387
Okunma
İki göz istəyir hüsnününə baxa
Sən zərli libaslı nazənin gecə
Qara gözlərinlə qəlbimi yaxma
Susmuş məhkumunam mən sənin,gecə!
Pıçılda sevgini xəfif küləklə
Bir dünya həsrəti qəlbimə yüklə
Səmada görünən minbir çiçəklə
Tənhalıq ətrinlə mənə sin,gecə!
Yaxın binalarda uzaq xəyallar,
Yaxın ürəklərdə uzaqdı yollar ,
Sükutun olmasa səni kim anlar?
Hər gəlişin mənə olur son gecə.
Ey dəli ruhumun İlham pərisi,
Zülmət libasında ümid kölgəsi,
Qəlbimi oxşayır göylərin səsi
Mən hələ bilmirəm,özün en gecə.
5.0
100% (4)