0
Yorum
4
Beğeni
5,0
Puan
814
Okunma
Əskisi kimidir bu gecə hər şey,
Gözümə yığdığım yuxu da əski.
Kiflənib qoxuyur divarda zülmət,
Zülmətin ağzında qoxu da əski.
Uçuqlar üstümdən uçub keçirlər,
Səslər həmin səslər,əskisi kimi.
Bir səsə tutunub gedərdim,ancaq
Deyil ki,həvəslər əskisi kimi.
Tale danə danə qırır çöpümü,
Haqdı,özü bilər necə yaxşıdır.
O əski sevdalar ölür içimdə,
Bəlkə də,ölməyə gecə yaxşıdır.
Bir az cəhd eləyim nikbin olmağa,
Yoxsa sırsıradır gözümdə giley.
Susub ağlamışam həzinliyimdən,
Üfürmə,yanaram,közümdə giley.
Şəkərli bir qəhvə istəyir canım...
Yatmayım görüm ki,gecə uzun mu.
Adıma tələsik adam deyirlər...
Səbrim intizardan necə,uzun mu?...
Əskisi kimidir bu gecə hər şey,
Əski filmlərdə olduğu kimi.
"Doldur kadehimi doldur,arkadaş",
O əski günlərdə olduğu kimi!
---
Əskisi kimidir bu gecə hər şey...
*
5.0
100% (4)