1
Yorum
4
Beğeni
5,0
Puan
584
Okunma
Elə yorğunam ki...
Elə vecsizəm...
Duyğular bürüyüb nə qərib məni.
Sıxır məngənətək sıcaq bir yandan,
Bir yandan bu gecə şoğərib məni.
Nə mən duz daşıdım,nə daş,deyim ki,
Mənim yorulmağım daş yorulmağı.
Mənim yorulmağım içimdən gəlir,
Mənim yorulmağım yaş yorulmağı.
Gözümü yumuram yollar ayrılır.
Hansı səmtə gedim,hansı yol mənim?
Doktor,sən də burax!
Kömək eləmir,
Nəyimə gərəkdir karvalol mənim.
Bir bayquş yamanca xamlayıb məni,
Ulayır hər gecə şəkər eşqinə.
Yükünü daşımır daha mən yabı,
Düşmüşəm dörd dənə təkər eşqinə...
Gözümü yumuram,nələr görürəm?!...
Ağ gilas quruyur,dərdi gözümdə.
Namərdi hörmətlə içindən alıb
Aşıb öldürürlər mərdi gözümdə...
Mənim gözlərimə yazığım gəlir.
İçində bu qədər xoş arzu qoyub
əbədi qapamaq günahdır onu,
ən gözəl şeylərə tamarzı qoyub.
Hörümçək dolaşır içində,sanki,
Çırpınır,vurnuxur...
Tor düyün düşüb.
Mənim yorğunluğum umudsuzluğum,
Mənim umudlarım kor düyün düşüb.
--
Elə yorğunam ki...
5.0
100% (3)