2
Yorum
3
Beğeni
0,0
Puan
477
Okunma
Ağıl-könül savaşında,
Boğuluram göz yaşında,
Sözə baxmır yaddaşım da
Qayıt geri...
Əzilmişəm, sıxılmışam,
Yumaq kimi yığılmışam,
Tənhalıqdan yorulmuşam,
Qayıt geri...
Mən qədrini bilməmişəm,
Səni sevindirməmişəm,
Bilirəm, səhv eyləmişəm,
Qayıt geri...
İlham sönüb, yazammıram,
Sözü,sözə düzəmmirəm,
Mən ki sənsiz dözəmmirəm
Qayıt geri..
Ayrılıq var adi,,off"dur,
Ayrılıq var dərddir, dağdır,
Ayrılıq var sonu yoxdur,
Qayıt geri ...
Fərid Muradzadə.