0
Yorum
5
Beğeni
5,0
Puan
909
Okunma
Öz sürümün öz keçisi,
Başımı özüm çəkirəm.
Nə arvadım,nə uşağım,
Aşımı özüm çəkirəm.
Özüm-özümə qalıram,
Özümü yola salıraram,
Üzümü özüm alıram,
Qaşımı özüm çəkirəm.
Üzüb üzümü qurudub,
Düzüb düzümü qurudub,
Yağıb özümü qurudub,
Yaşımı özüm çəkirəm.
Kim gətirər duruş kənddə,
Yolu buruş-buruş kəndə,
Bacaranım uruskənddə,
Naşımı özüm çəkirəm.
Sağ əlim filan başıma,
Filandan qalan başıma,
Allahdı salan başıma,
Daşımı özüm çəkirəm.
*
5.0
100% (4)