0
Yorum
4
Beğeni
5,0
Puan
743
Okunma
Bir topa dumanın
yeri əskik bizim dağlarda.
Olsaydım buluda
yer qalmazdı.
Amma öylə qəlbi ki,
həp qarışdırıram,
duman mı,bulud mu?
Bəlkə,bulud olsaydım...
Dumana görə.
Sonunda bizə də
qar gəldi,
qarış-qarış,
qarışqa-qarışqa,
eynən qarışqalar kimi,
evimizin sırtıq misafirləri
demişdim.
Ürəyim çəkilir
qarı görüncə,
bəyaz pambığa bənzərlər,
bir qoxusu quzeyin
qorxusu,
əsdikcə yellərində
bir xatirə oyanır...
Nənəmin çit tumanı
vardı ya,
çocuqkən altında
gizlədərdi...
Uçan dəmir quşlardan
qoruyardı...
bir yurdun qarınağrısıydı
kəsif qoxulu bəyazlar,
arxası quzeyə...
Həəə,
qarımız da yağdı,
həllə azacıq uzaqlardaykən
acılarımda duydum...
Mən duman,mən bulud
olurkən o yağdı...
Hər kəsin inadına...
5.0
100% (4)