1
Yorum
3
Beğeni
5,0
Puan
656
Okunma
A göy,kim səni qaraltdı
Qapqara,axır üzündən.
Nə od,nə atəş,nə işıq,
Nə şimşək çaxır üzündən.
Görüm belə yeddi qatın,
Belə ərşin,belə çatın,
Tutub yenə qaramatın
Pas üzü,paxır üzündən.
Hürr kəndirin,hürr ağacın,
İki meyvə sirr ağacın,
Bir çiçəyin,bir ağacın,
Torpaqdı baxır üzündən.
Asan gəlmir başa yarpaq,
Bir budaqda qoşa yarpaq,
Tutammadım qışa yarpaq
Bu nobat-naxır üzündən.
Bu dağ,bu orman kirəlik,
Bu şah,bu fərman kirəlik,
Vermisən bir can kirəlik,
Alırsan ağıl üzündən.
5.0
100% (3)