1
Yorum
3
Beğeni
5,0
Puan
894
Okunma
Hərənin öz daşı öz başı boyda,
Bəs niyə mən başın daşı agırdır?
Kədəri bir damla göz yaşı boyda,
Mənim kədərimin yaşı ağırdır?
Söyləmə bu adam kədərdən yazır,
Ya kədər qismətim,qədər yazımsa...?
Ovcumda santimlə qədərdən yazan
Alnımda qarışla kədər yazırsa...?
Ya qədər kədərsə,sevinc nədir ki?
Kədər arasında bir an pauza...
Gedirəm yol boyu yağmur içində,
İki qar arası duman pauza...
Mizan-tərəzimdə iki göz kədər,
Ufağı,ağırı sanki,ömrümün.
Sevinc arvasıdır dənə duz qədər,
Dəyişər,görmədim dəngi ömrümün.
Allah vermədi ki,o ovcu mənə,
Ay adam,axtarma,əlim yoxdu ki.
Əlli qat kədərəm,bir qat sevinc mən,
Bax gör arasında ölüm yoxdu ki?...
*
5.0
100% (3)