1
Yorum
3
Beğeni
5,0
Puan
873
Okunma
Çatarıq...
yoxsa çatmarıq?
Yürüdük,yeridik
it qovan kimi.
Havaya payızın
sisi oturmuş,
başımız üstündə
boz tavan kimi...
Topraq qaynaqlanmış
dəmir qoxuyur,
bir az da sürüşgən,
atgetdi sanki,
üfüq boz-bulanıq,
elə həmənki.
Quyudan gəlirtək
o səslər ki var
sivişib içindən
sis dumanının
donur qulaqlarda
dilini kəsir.
Gündüz də dayanmır
köy xoruzları,
elə banlayırlar
zilini tutub.
Bizim gedənlərsə
ora tələsir.
Otların hələ də
yaşıl qaldığı,
quşların Yəmənə
köçmədiyi yer,
salla ayağını
sular sımsıcaq,
kimsə çəmənlərə
darğalıq etmir,
topla çiçəkləri
lap qucaq-qucaq...
Uzaqdan görünür
nöqtə o torpaq.
Çatarıq...
Çatmarıq...???
Axşamın şəri qovuşur.
Əlini
qoynuna qoyma,ay oğul...
5.0
100% (3)