1
Yorum
4
Beğeni
5,0
Puan
911
Okunma
Arifə bir işarə də yetərli,
Kal qananı ha dürtmələ, düzəlməz.
Düz ağacın yonulması asandır,
Düyünlünü ha kərtmələ, düzəlməz.
Haq sevənlər haq yolunda çalışqan,
İki üzlü sağa-sola alışqan.
Əyrilər ki əyri yola alışqan,
Doğru yola ha sürtmələ, düzəlməz.
Alçaqların görünərmi hünəri,
Nə anlayar ədəb-ərkan sərsəri.
Ay Əflatun, ağıldan zay peysəri
Ha təpiklə, ha çırtmala, düzəlməz.
5.0
100% (3)