2
Yorum
4
Beğeni
5,0
Puan
720
Okunma
Vaxtında açmırsa bağçamın gülü,
Qışda çiçəklənən bağı neynirəm.
Yoxdursa zirvədə qıy vuran qartal,
Boz qayalı uca dağı neynirəm.
Narahat keçirdim ömrümü yarı,
Eşitdim daima mən ahı-zarı.
Əgər görünmürsə bəhrəsi-barı,
Göy yarpaqlı şöy budağı neynirəm.
Əflatun, sağsağan qarğanı yanlar,
Açılmır sən deyən səhərlər, danlar.
Kəsmirsə qovğalar, tökülən qanlar,
Bu dövranı, mən bu çağı neynirəm.
5.0
100% (3)