0
Yorum
3
Beğeni
5,0
Puan
304
Okunma
Əzəl bəxtin üzə gülə,
Sonra dönə, çox çətindi.
Dözmək olmaz yaş gələndə
Ağır günə, çox çətindi.
Qışa dönə bahar-yazın,
Öləziyə xoş avazın.
Sızıldaya könül sazın,
Qəmlə dinə, çox çətindi.
Arzuların gələ qara,
Ürəyinə yara vura.
Məhəbbətin uzaq dura,
Eşqin sönə, çox çətindi.
Əflatun da deyir sözün,
Fikir eylə, düşün özün.
Sevgilin də tuta üzün
Başqa yönə, çox çətindi.
5.0
100% (2)