1
Yorum
6
Beğeni
5,0
Puan
300
Okunma
Yenə başım üstə oynayır tufan,
İçimdə alışan közdən xəbərsiz.
Yolları bağlayar bir tüpü boran,
Saldığım cığırdan, izdən xəbərsiz.
Hava tutqunlaşıb, yaman qar tökür,
Gül-çiçək bağçamda qanqallar əkir.
Məni çınqıllığa, daşlığa çəkir,
Qarşıda görünən düzdən xəbərsiz.
Əflatun, zəmanə badaq dolayır,
Çaqqallar, tülkülər quyruq bulayır.
Bu qış önümüzdə meydan sulayır,
Gəlməyə tələsən yazdan xəbərsiz.
5.0
100% (1)