1
Yorum
6
Beğeni
5,0
Puan
386
Okunma
Yaşadım ömrümü kitab içində,
Fikirlər üst-üstə qalandı getdi.
Bu altımış ili necə keçirdim?
Bilmədim, illərim talandı getdi.
Yenə də bayırda küləklər əsir,
Payızın havası əhədim kəsir.
Elə bil harasa zaman tələsir,
Günlər bir-birinə calandı getdi.
Əcəl də gəldiyin bildi hədərdi,
Gəldi, söz bağımdan incilər dərdi.
Əlimdə dəftəri-qələmi gördü,
Ölüm başım üstə dolandı getdi.
Əflatun, yazırsan yenə halından,
Bezmisən zamanın qovğa-qalından.
Az-çox nəyim vardı dünya malından,
Bildim ki hamısı yalandı, getdi.
02.10.2023.
5.0
100% (2)