eflatun.kesheli
337 şiiri kayıtlı

YAZIQ

eflatun.kesheli
  5,0 / 1 kişi ·3 beğenme · 0 yorum · 53 okunma

YAZIQ


Bağban zəhmət çəkib bağ becərərsə,
Xəzanda gülləri solanda yazıq.
Arzusu, istəyi tam olmayanda,
İntizar gözləri dolanda yazıq.

Bu bəxtə, qismətə daha nə demək,
Olmur hər acını rahatca yemək.
Min bir əziyyətlə çəkdiyi əmək
Yaramaz alçağa qalanda yazıq.

Tale həsrət qoyub dövlətə-vara,
Heç kimi vədəsiz çəkməsin gora.
Əvvəl zirvələrə qaldırıb, sora
Dözülməz dərdlərə salanda yazıq.

Kişinin yığvalı tərsinə çönüb,
Ümid qığılcımı parlayıb sönüb,
Həyat gözlərində zülmətə dönüb,
Ömrü sellərə pay olanda yazıq.

Beləmi qurulub dünya təməli?
Sadəlövh adama deyirlər dəli.
Təmənnasız edib xeyir əməli,
Əvəzində qəhər alanda yazıq.

Adamın tükənib həvəsi canda,
Məhv olub qurduğu xəyal bir anda.
Əflatun bu işi görüb duyanda,
Dərin dəryalara dalanda yazıq.
Şiiri Değerlendirin
 
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.
Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
YAZIQ şiirine yorum yap
Okuduğunuz şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?

YAZIQ şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
Edebiyatdefteri.com'u kullanarak Çerez Politikamızı kabul etmiş sayılırsınız.