1
Yorum
6
Beğeni
5,0
Puan
818
Okunma
Həyatda tutası nəyim oldu ki,
Gözəl düzəməlli şeyim olmadı.
Sandım o dağların dalı mənimdir,
Aşmağa keçməyə heyim olmadı.
Eylədim min çaba,səy başım üstə,
Əyilsin budağım əy başım üstə,
Gədədən bəy oldu bəy başım üstə,
Bəyimdən bəy oğlu bəyim olmadı.
Ha bağır,ha söylə,danış,boy verən,
Olmadı bir dəryam tanış,boy verən,
Boyuma ölçdülər qamış boy verən,
Boyumdan yuxarı öyüm olmadı.
Bilmədim ağacdı,koldu allahım,
Gözlərim çəkdiyi yoldu allahım,
Demirəm olmadı,oldu allahım,
Allahı saxlayan göyüm olmadı.
...
Həyatda tutası nəyim oldu ki?!...
*
5.0
100% (5)