2
Yorum
5
Beğeni
5,0
Puan
698
Okunma
Trendən enirsən,
kimsə qarşılamır səni,
təkcə ötəri keçən
murdar bir köpək yavrusu
ayaqlarını qoxlayır.
Ayaqların da qoxuyur
və sən də bunu bilirsən...
Avara bir çocuq
vərəm çöpləri toplayır
siqara kötüklərində,
tualet qoxusu,
broyler toyuğu
teksunda bişirənlərdən
qalan sonuncu xatirə,
bu dahər iki ayağı
dizdən kəsilmiş əski
vağzal çöpçüsü...
Ayna camı boyda
bir məmləkət
və aynanın əppəyinə
toxunmayan arvadağız
erkəklər....milyon baş!
Başımız sağ olsun!
5.0
100% (4)