0
Yorum
5
Beğeni
5,0
Puan
1124
Okunma
Yenə xəzan vaxtı,
Yenə süpürgə...
Yenə cığırlarda xəzəl qovacam.
Tutub xəyalların çaparağını
O tində bu tində gözəl qovacam.
Eşqimin suyundan alaca qalıb,
Sevib çıxaracam bəyaz yerinə.
Elə unutmuşdum dərinlikləri,
Lövbəri sallayıb dayaz yerinə.
Mənim gəmilərim uzaq gəmilər,
Təqvim sularımın xəzan gəmisi.
Qoparıb hicranı vüsal əlindən
Qəmdə,iztirabda azan gəmisi...
Yenə xəzan vaxtı...
Yenə o quzey.
Danı sabahından sökəcəm yenə.
Dayanıb altında qoz ağacının
Üzümün suyunu tökəcəm yenə.
Özümü təzədən atacam oda,
Səlbəmi qonşunun qız ağacına.
Hər keçən atardı dəyər dəyməzə,
Həmin qız ağacı qoz ağacına.
Həəə,
Bir az sərindi,bəlkə də soyuq,
Bu ilin yağırı-yağmırı yoxdur.
Hər kəsin başında yağmur havası,
Təkcə,mən yetimin yağmuru yoxdur.
Yorğanım yorğandı,davası mənim,
Tutdura bilmirəm yaşa yorğanı.
Üşüdür şoğərib havası məni,
Çəkim ayağımdan başa yorğanı.
Bu xəzan var ya,
Amma bu xəzan...
Gözümün kökündə sarımdı mənim.
Ya mən elçi getdim,ya gəl dedilər,
Qızından qarımış qarımdı mənim.
Üzümü turşuyub ağaclarımın,
Üzümü turşudub elə baxıram.
Getdi sevdalarım gələn bahara,
Dönüb dönməyəcək...
Hələ baxıram.
*
5.0
100% (2)