2
Yorum
4
Beğeni
5,0
Puan
706
Okunma
*
" "
Dərdi mənə O verməyib,
dərdi özüm qazanmışam.
Zor çəkirəm,içimdədir,
çərdi,özüm qazanmışam.
"
Suyum gəz-gəz yolaqlanıb,
xan bağına qulaqlanıb,
dünyam elə alaqlanıb...
Vərdi,özüm qazanmışam.
"
Açma,doydum,dastan belə,
bağ belədir,bostan belə,
neçə-neçə dostdan belə
mərdi özüm qazanmışam.
"
Çəkdim zəhmət alnımdakı,
hər qırış-xətt alnımdakı,
halal-hümmət alnımdakı
tərdi,özüm qazanmışam.
"
Beş çalana dəmmiş haqqım,
bir sarı sim,bəmmiş haqqım,
baxdım,haqdan kəmmiş haqqım,
sirdi,özüm qazanmışam.
"""
5.0
100% (4)