2
Yorum
7
Beğeni
4,8
Puan
1145
Okunma
Qucağïnda isinmirəm,
Gülüm,keçir ürəyindən.
Yoxsa,düşüm ayağına
Ölüm,keçir ürəyindən?
Elə yaxdın nəslimi sən,
Sünbül-sünbül xəslimi sən,
Mən Kərəmə Əslimisən,
Külüm keçir ürəyindən?
Zəhər qatdın noğul dedin,
Dodağımda boğul dedin,
İstəmirəm nağıl dedin...
Film keçir ürəyindən?
Qədər zalım,yazı zalım,
Bizi yazan qazı zalım,
A zalımın qızı,zalım,
Zülm keçir ürəyindən?
Deyil məndən qada uzaq,
Kim yetişər dada,uzaq,
Gəmi naşı,ada uzaq,
Gəlim,keçir ürəyindən?
Sarı xəzəli saçları,
Bəzənib gəlin saçları,
Ay bu gözəlin saçları,
Əlim keçir ürəyindən?
5.0
75% (3)
4.0
25% (1)