0
Yorum
3
Beğeni
5,0
Puan
911
Okunma
Çox da gəzmə,ay oğul,
Gəzən şələ bağlamaz.
Bu keşməkeş,bu gediş,
Düzən şələ bağlamaz.
Oğul gərək at üstdə,
Dincəl üstdə,yat üstdə,
Başı qoyub ot üstə
Əzən şələ bağlamaz.
Dünya qarışdır,oğul,
Qırış-qırışdır,oğul,
Sən də qırışdır,oğul,
Küsən şələ bağlamaz.
Ləkəsi boyu boyda,
Qan üzəri dünyanın.
Bu fahişə,bu qəhbə,
Bu gəzəri dünyanın.
Bir şumu,bir qarğası,
Bir qarğalıq qorğası,
Bir darı,bir darğası,
Bir bazarı dünyanın.
Hörgüsü,hörüyü mən,
Kömürü,körüyü mən,
Vermir ki,kiriyim mən,
Nə azarı dünyanın...?!
5.0
100% (3)