1
Yorum
2
Beğeni
5,0
Puan
1115
Okunma
Gecələr qadınsız
çox uzun olur...
sən mənim ən uzun
gecəm olsaydın,
dan üzü yanardı
gecə yarısı...
Ah Ofelya,Ofelya!
Mən də yaşasaydım
kölgələr kimi,
yatmayıb gəlsəydim
dan üzü sənə...
Həya pərdə çəkir
sübhün üzünə,
hava işıqlaşır,
açma yaxanı,
ömrümdə bir dəfə
əlimə düşüb,
götürüb əlimdən
qaçma yaxanı...
Ah,Ofelya,Ofelya!...
5.0
100% (1)