0
Yorum
3
Beğeni
5,0
Puan
910
Okunma
(Ustad şair Kəmaləddin Qədimə)
Ustad,xalq dediyin əğər budursa,
Bu xalqın şairi olmağa nə var.
Şeirə verdiyi dəyər budursa,
Bu xalqın şairi olmağa nə var.
Nəyinə gərəkdir məna,söz,fikir,
Qobur qafaların zehninə şükür.
Sənin yazdığına bu xalq şor bükür,
Bu xalqın şairi olmağa nə var.
Nə qədər yazanı,təzə şairi,
Çıxıbdır qurşağa,dizə şairi,
Kəmik,yal şairi,məzə şairi,
Bu xalqın şairi olmağa nə var.
Ustası,bənnası,çörək yapanı,
Çör çöpdən millətə dirək yapanı,
Hanı könül tikən,ürək yapanı,
Bu xalqın şairi olmağa nə var.
O yandan axtarıb tapanın varsa,
Püfləsən tufanı qopanın varsa,
Öz daşın,tərəzin,qapanın varsa,
Bu xalqın şairi olmağa nə var.
Cıqqası qızıldan şaxa bağlana,
Beş şahı qazana,baha bağlana,
Bir xalqın baxtı kı,daha bağlana,
Bu xalqın şairi olmağa nə var.
Əlimiz həm yalın,həm yalğı çoxdan,
Bu satqı əvvəldən,bu alqı çoxdan,
Çoxdan tanıyıram bu xalqı,çoxdan,
Bu xalqın şairi olmağa nə var.
Ocağı o boyda,gözünə baxma,
İsitmir kösöyü,közünə baxma,
Ustad,sən bizə bax,özünə baxma,
Bu xalqın şairi olmağa nə var.
<>
V.S.E.
5.0
100% (1)