2
Yorum
2
Beğeni
5,0
Puan
1049
Okunma
Heç dəbə uymayır bu baş,bu bədən,
Hamı ağa qaçır,mən qarasına.
Hansı köynəyimi geyim görəsən,
Əllərim uzanır ən qarasına.
Nə geysəm min gözdən,baxışdan keçir,
Bəzəyi qırcıba naxışdan keçir,
Hər yolum beləcə yoxuşdan keçir,
Duman qarasına,çən qarasına.
Yaşdan mı,başdan mı,özüm bilmirəm,
Səbrdən düşmüşəm,dözüm bilmirəm,
Nə ağıl eylədi gözüm bilmirəm,
Düşdü gözəllərin sən qarasına...
Sevgi dediyin şey qurağa gəlmir,
Batıb gəmiləri qırağa gəlmir,
Saçım da qorxudan darağa gəlmir,
Elə təpinib ki,dən qarasına.
Bir ömrü yürüdüm,addım yoruldum,
Ağı qarasıyla uddum,yoruldum,
Mat qaldım məəttəl,maddım yoruldum,
Fikrim ağa getdi,zənn qarasına.
V.S.E.
<>*
5.0
100% (2)