1
Yorum
4
Beğeni
5,0
Puan
600
Okunma
Bir gül vardı,rüzgar aldı apardı,
O gül mənim gül yarımın gülüydü.
Gizləmişdim çiçəklərim görməsin,
Bəsləmişdim gül,yarımın gülüydü.
Yanımdaydı,gül vurardım,eyzan gül,
Otağım gül,yatağım gül,eyvan gül,
Dodaq gülər,bəhli,gilas əlvan gül,
Gül deyərdim gül,yarımın gülüydü.
Gül məbədim hanı könlüm tapına,
Gül bağlayıb ürəyimin sapına
Gül vurmuşdum taxta taxta qapına,
Naxışları gül,yarımın gülüydü.
Qulaq səsə,göz qapıya zillənib,
Yanağımda güz yağışı sellənib,
İntizarı barmağımda güllənib,
Bıçaq mənim,gül yarımın gülüydü.
5.0
100% (2)