1
Yorum
3
Beğeni
5,0
Puan
776
Okunma
Mən heç seviləsi biri deyiləm,
Sənə söyləmişdim,demişdim axı.
Miskinəm,acizəm,diri deyiləm,
Sənə söyləmişdim,demişdim axı.
Sakıt,düşüncəli,qəmli görkəmim,
Sanki,dəryalarda qərq olmuş gəmim,
Vallah,qocalmışam,deyil o dəmim...
Sənə söyləmişdim,demişdim axı.
Bu günə dünəndən qalan çiçəyəm,
Nə rəngim,nə qoxum,yalan çiçəyəm,
Boş yerə suvarma,solan çiçəyəm,
Sənə söyləmişdim,demiştim axı.
Keçmişəm yüz baxış göz-siyahından,
Baxıb yandırdığın köz siyahından,
Qarala,sil məni öz siyahından,
Sənə söyləmişdim,demişdim, axı.
Tutu ağacından çırpa yeyəsi,
Yoncalar,yovşanlar qırpa yeyəsi,
Mən atın yorulub arpa yeyəsi,
Sənə söyləmişdim,demiştim axı.
Bu sevda bu sövda hənə-ziyandır,
Zərərin yarsından dönə ziyandır,
Mən yerin havası sənə ziyandır,
Sənə söyləmişdim,demişdim axı.
5.0
100% (2)