0
Yorum
1
Beğeni
5,0
Puan
701
Okunma
Məni tənha buraxacaq
Hamı gedəcək məndən.
Məndən uzaqlaşacaq
Hamı gedəcək məndən.
Qapını bağlayıb gedəcək,
Söyüb-yağlayıb gedəcək,
Məni ağlayıb gedəcək,
Hamı gedəcək məndən.
Qara kağız üzünün,
Bəyaz üzlü kağızının,
Bu dünyanın ağzının
Tamı gedəcək məndən.
Bir gecə başımı qatıb,
Səsini başına atıb,
Dənizin suyuna batıb
Gəmi gedəcək məndən.
Arzudan,kamdan öləcək,
Düşəcək damdan öləcək,
Evlər adamdan öləcək,
Damı gedəcək məndən.
Üç qovaq birgə qalacaq,
Bu payız cərgə qalacaq,
Mənimlə kölgə qalacaq,
Hamı gedəcəcək məndən.
5.0
100% (1)