Ödünç alınan son kuruşla ödenen ilk kuruş arasında tabii muazzam bir fark vardır. goethe
Anar Əhəd
Anar Əhəd

Bəhri təvil

Yorum

Bəhri təvil

0

Yorum

0

Beğeni

0,0

Puan

1729

Okunma

Bəhri təvil

Dolanıb gəldi məhərrəm, gözün aydın ola şeytan!
Düşəcək çox yerə matəm, çıxacaq can, axacaq qan,
boyanar qırmızı meydan, olacaqlar sənə qurban, yığılıb bir neçə insan,
salacaq məscidə üsyan, gələcək mərsiyəxandan, yeni bir mərsiyə candan
oxuyarkən həyacandan, qoyacaq gözləri giryan, eliyib milləti heyran iki sözdən,
vura dizdən, sora gözdən, atacaq cırmağı üzdən, arabir yoxla nəbizdən
ki, ürək vurdu ya durdu, bu hüzurdu? – bu çuxurdu, yenə xoşbəxt ola İran
bu günə qoydu bu yurdu! Nəyi pisdir? Gözəl hisdir, bir hədisdir, yaradırlar,
yaşadırlar, hələ bunlar maşadırlar, yəni molla, iki qolla, eliyib təbliği yolla,
təzə əmmamə çıxolla, min üsulnan, variantnan alacaq səhnəni rolla, danışıb
bir iki hikmət, bürüsün milləti heyrət, sora əlbətdə rəvayət, olacaq gülməli söhbət,
quracaq bardaşı rahət, edəcək milləti də’vət, bu məhərrəm ətirinnən duya millət,
ala ləzzət, sizə cənnət ola qismət, güya ənbər qoxusundan, ona bənzər qoxusundan,
bu məhərrəm eləmir fərq, ama gəl tər qoxusundan boğularsan, aman Allah, bu nə ikrah?
Ey ümidgah! Elə agah, ola islah. Yenə eybi yoxdu vallah deyəcəklər bu cavanlar, inananlar,
qocamanlar, ürəyi eşqə yananlar o qəzəldən nəyi anlar ki, vurur şillə üzünnən,
vay aman getdi özünnən, biri bəsdir, ə nə bəsdir?! Vuracaq xalq əvəzinnən.
Bəsdi qardaş biri bəsdi, bu qədər vurma əbəsdi, yenə vur bir dənə vur ki,
sənə bəsdi çoxu nəsdi, buların əqli şikəsdi, bu inanc bağrımı kəsdi,
bu nə eşqdi, nə həvəsdi? Ürəyim bulandı əsdi. Gözün aydın ola şeytan!

Qan tərdədi nadan.
Üsyandadı insan.
Qırx gün bu müsəlman,
Olsun sənə mehman.

Müəllif: Anar Əhəd

Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 
Bəhri təvil Şiirine Yorum Yap
Okuduğunuz Bəhri təvil şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Bəhri təvil şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL