0
Yorum
2
Beğeni
5,0
Puan
1021
Okunma
Təlqin elə insanlara əfsanəni molla!
Allah evi görsət bizə bütxanəni molla!
Bədbəxtləri Allah kitabından elə məhrum,
Sox zehninə, həm qəlbinə fərzanəni molla!
Məscidləri gəzdim ki, duyum ayeyi – Quran,
Əfsanələrin məhv edib hər xanəni molla!
Haqdan qaçan insanları məsciddə görüncən,
Cəlb eyliyərəm haqq ilə meyxanəni molla!
Məzlumlara yoxsulluğa səbr etməyi öyrət,
Tikdir özünə şah kimi kaşanəni molla!
Əfsus ki, Allahın evindən bir əsər yox,
Gəl tə’rif edir qoyduğu viranəni molla.
Haqsızlıq üzündən Anarın sinəsi coşmuş,
Car eyliyəcəm hər yediyin nanəni molla!
Müəllif: Anar Əhəd
Təlqin – Hər hansısa bir fikiri, əqidəni insana hissi qəbul etdirmək üçün psixikasına təsir etmək, beyninə yeritmək.
Fərzanə - Alim.
Kaşanə - Saray, imarət.
5.0
100% (2)