0
Yorum
1
Beğeni
0,0
Puan
747
Okunma
Neynəyim,mən adam sevə bilmirəm,
Eləcə xoşuma gəlirsən mənim.
Qaça bilmədiyim kədərim kimi,
Qədərsən,başıma gəlirsən mənim.
Sən varsan olayım olacaq olur,
Gönlümə bir şeylər dolacaq olur,
Sən yoxsan bənizim solacaq olur,
Ağladıb yaşıma gəlirsən mənim.
Bu bahar geyimdə,bu yaz libasda,
Elə düşgünəm ki,ayaz libasda,
Gözümü yumuram,bəyaz libasda
Qol açıb tuşuma gəlirsən mənim.
Saçıma baxıram,dümağ qar kimi,
Üstünə qar yağmış o damlar kimi,
Kaş mən də sevəydim adamlar kimi...
Eləcə xoşuma gəlirsən mənim.
*