1
Yorum
1
Beğeni
5,0
Puan
504
Okunma
Rəhmi Rəhman,ədalətdən,
Bu dünya Tanrısız qalıb.
Gerçək həcdən,ziyarətdən,
Bu dünya Tanrısız qalıb.
Tam dolanır kəm başına,
Ayıq sərxoş,dəm başına,
Əlifi qoy ləm başına,
Bu dünya Tanrısız qalıb.
Ziyanlar,hədərlər bizdən,
Qəzavü qədərlər bizdən,
Gələrlər,gedərlər bizdən,
Bu dünya Tanrısız qalıb.
Aldatma hal-cinə,Tanrım,
Döndər bizi dinə,Tanrım,
Dön Tanrı ol yenə,Tanrım,
Bu dünya Tanrısız qalıb.
*
5.0
100% (1)