0
Yorum
0
Beğeni
0,0
Puan
1206
Okunma
(eşini erken kaybetmiş arkadaşım Zafer beye)
Mən şimdi anladım,tənhalıq nəymiş...
Evimin qadını,sən yoxsan daha.
Dizimi qatlamış,belimi əymiş,
Evimin qadını,sən yoxsan daha.
Tifağım dağıldı,komam dağıldı,
Harmanım sovruldu,saman dağıldı,
Başımdan dostlarım duman dağıldı,
Evimin qadını,sən yoxsan daha.
Saçıma qarışıb ağladı rüzgar,
Damda,pəncərədə çağladı rüzgar,
Arxamca qapını bağladı rüzgar...
Evimin qadını sən yoxsan daha.
Gökdə Günəş dondu,Ay da soyudu,
Soframda şəkərsiz çay da soyudu,
Çoluqdan çocuqdan pay da soyudu,
Evimin qadını, sən yoxsan daha.
Yaxa bilməyirəm sənsiz sobanı,
Simləyir içimdə həsrət çibanı,
Sökülmüş cülkümün burnu,dabanı,
Evimin qadını,sən yoxsan daha.
Ya habər alıram,ya yollayıram,
Çoluğa çocuğa cığallayıram,
Duvarda şəklini sığallayıram,
Evimin qadını,sən yoxsan daha.
Sənsiz açılmıram,az az gəzirəm,
Cülaz giyinirəm,cülaz gəzirəm,
Ya cilvə bilirəm,ya naz gəzirəm,
Evimin qadını,sən yoxsan daha.
Nə tez qədəm qoydun məzar yaşına,
Gəlinlik taxdı mı məzar başına,
Eləcə yazdırdım məzar daşına:
"Evimin qadını,sən yoxsan daha".
<>*