2
Yorum
4
Beğeni
5,0
Puan
541
Okunma
Ağzında dilə dönüm,
Saçında gülə dönüm,
Yax məni atəşinə,
Alışım külə dönüm.
Nə söylədin qarama,
Duzu səpdin yarama,
Səndən küsüb gedirəm,
Daha məni arama.
Ay qız yükün almadı,
Başındakı çalmadı,
Kim öpdü,aldı getdi,
Mənə biri qalmadı.
Saxlamışam samanı,
Bəlkə gələ zamanı,
Yarım keçən yolların
Əksilməyir dumanı.
Gözünü sil ağlama,
Ayıbdı gül,ağlama.
Dönər bir gün gedənin,
Səbr et könül,ağlama.
5.0
100% (4)