2
Yorum
3
Beğeni
5,0
Puan
913
Okunma
Aramızdan su keçməzdi,
Aramız yaman seyrəlir.
Küsdüyümüz o yerlərdən
Umduran,uman seyrəlir.
Seyrəlir yatan yerlərdən,
Yaxın,əl çatan yerlərdən,
Ordan,günbatan yerlərdən
Elə bil güman seyrəlir.
Dünyadı,bəzənə qalır,
Geyənə,gəzənə qalır,
Sünbüllər üzənə qalır,
Saralır saman seyrəlir.
Bizim bu köyün dağları,
Keçərdim yeyin dağları,
Bir də keç deyin dağları,
Sis çökür,duman seyrəlir.
<>
5.0
100% (2)