1
Yorum
2
Beğeni
5,0
Puan
623
Okunma
Özü yıxılan kəs ağlamazmış bəs
Niyə ağlayırıq biz yıxılanda.
Çatsa da ürəyə sədası,əbəs,
Dirsək yıxılanda,diz yıxılanda.
Fərqinə varmırıq biz yıxılmağın,
Arxa yıxılmağın,üz yıxılmağın,
Bəzən faydası var tez yıxılmağın,
Adam tez dikəlir tez yıxılanda.
Əllidən anlayar əlli yaş adam,
Yeri ayaq adam,özü baş adam,
İstər ağac olsun,istər daş adam ,
Yerinə düşəcək düz yıxılanda.
Əsl-nəcabətdən qürur dikəlir,
Başını göylərə vurur dikəlir,
Adam yıxılanda durur dikəlir,
Dikəlmir büdrəyib söz yıxılanda.
<>
5.0
100% (1)