0
Yorum
1
Beğeni
5,0
Puan
522
Okunma
Çıxan gündən dilucumdan
Şərafətdir.
Kim götürdü ovucumdan,
Ziyafətdir.
Heç olmadı yalan sözüm,
Söz altında qalan sözüm,
Qoy desinlər filan sözüm
Qəbahətdir.
Üzmə üzdə,dərinə gəl,
Baş vur dərin yerinə gəl,
Dərdin varsa pirinə gəl,
Kəramətdir.
Zil yerinə,bəm yerinə,
Səs calanmaz kəm yerinə,
Dadanmışam qəm yerinə,
Şikayətdir.
İçimdə təlatüm,coşqu,
Qəlb atışı könül məşqi,
Umduğum o həyat eşqi,
Məhəbbətdir.
<>*
5.0
100% (1)