1
Yorum
4
Beğeni
5,0
Puan
965
Okunma
(silsilə şeirlərdən)
Sən də öləcəksən,sən də bir axşam,
Bədava dumanda,çəndə bir axşam,
Mən də dönəcəyəm kəndə bu axşam,
Ayrılıq aramız təmiz qalacaq.
Bilmirəm ölürlər şəhərlər necə,
Bilmirəm ölürlər nə təhər,necə,
Sən də öləcəksən bir axşam,gecə,
Yanında o qoca dəniz qalacaq.
Bir qumru qonacaq ovuclarına,
Dimdiyin banacaq ovuclarına,
Əlin qapanacaq ovuclarına,
Öpməyə bir solğun bəniz qalacaq...
Heç meyvə vermədin-söyüd ağacı,
Taleyin tarixə öyüd ağacı,
Ağac olacaqsan-meyid ağacı,
Səndən nə xatirə,nə iz qalacaq.
<>*
5.0
100% (3)