0
Yorum
2
Beğeni
5,0
Puan
731
Okunma
Yollarda sürünən çəni görməsən,
Beş addım aralı önü görməsən,
Bir sabah oyanıb məni görməsən,
Xəbər al,sor məni dər, bənövşədən,
Üstünə şeh düşmüş tər bənövşədən.
O yerlər vardı ya,güzarıma gəl,
Eşq alıb satdığım bazarıma gəl,
Bəlkə,ölmüşümdür,məzarıma gəl,
Daşıma gül çiçək sər bənövşədən,
Üstünə şeh düşmüş tər bənövşədən.
Sənin də bir zaman boynun bükülər,
Sənin də həsrətdən bağrın sökülər,
Sənin də saçına qarlar tökülər,
Düzərsən zülfünə zər bənövşədən,
Üstünə şeh düşmüş tər bənövşədən.
<>*
5.0
100% (1)