0
Yorum
1
Beğeni
0,0
Puan
548
Okunma
Sevinc olsa belə kədər olmasa,
O kədər içini didər olmasa,
Adamı ağladan qədər olmasa
Adam ağlamaz.
Sökər qəlbin başın dərd qalan yerdə,
Bir çeşmə qaynadar hər dolan yerdə,
Namərdə müzayiq mərd olan yerdə
Adam ağlamaz.
Qanı yerdə qoyub qalan deyirlər,
Başında havası dolan deyirlər,
Ağla deyirlərsə yalan deyirlər,
Adam ağlamaz!
Sözün qılınc kimi kəsər yerindən,
Qalar min əlamət,əsər yerindən,
Küsər birdəfəlik,küsər yerindən,
Adam ağlamaz.
Omzunu vermisən ağır yükə,döz,
Şükrün özün boyda,səbrin yekə,döz,
Nə qaldı zillətdən,bircə tikə,döz,
Adam ağlamaz!