0
Yorum
1
Beğeni
5,0
Puan
1140
Okunma
Şiirinizi Yazın
Yazdım qaraladım ağ divarımı,
Bir bucaq vərləyib sağ deyəmmirəm.
Qonağın önündə qızardır məni,
Gələnə gedənə ağ deyəmmirəm.
Hərdən söylənirəm-unut! çəkmişəm,
Saraldıb üstündən umud çəkmişəm,
Bir topa boz rəngdə bulud çəkmişəm,
Yel alıb götürür,yağ deyəmmirəm.
Başımla becərdım,nə əkdi dilim,
Xəttim qırıq-qırıq,qədəhdi dilim,
Dağların yanında gödəkdi dilim,
Çizmişəm təpədi,dağ deyəmmirəm.
Din talvar üstündə,banında bəndə,
Allahdı,şeytandı,yanında bəndə,
Zamanı çizmişəm,fonunda bəndə,
Bu qəhbə dövrana çağ deyəmmirəm.
*
5.0
100% (2)