1
Yorum
2
Beğeni
5,0
Puan
855
Okunma
Şiirinizi Yazın
Yollar öylə uzaq,gözüm qaralır,
Səbrimin hali yox,həmən daralır,
Sözüm sətirlərdə solur,saralır,
Mən güz şairiyəm,xəzan şairi.
Günəş isidəcək can mı var məndə,
Əylən başıma bax,dümağ qar məndə,
Çiçək saplağımda,tikən,xar məndə,
Mən güz şairiyəm,xəzan şairi.
Göçüb durnalarım,tənha qalan mən,
Gönül rübabını bəmdə çalan mən,
Sən gerçək a dünya,yanlış,yalan mən,
Mən güz şairiyəm,xəzan şairi.
Qələmi yazana çox görmə,Allah,
Bu dəli ozana çox görmə,Allah,
Məni bu xəzana çox görmə,Allah,
Mən güz şairiyəm,xəzan şairi.
*
5.0
100% (1)