2
Yorum
2
Beğeni
5,0
Puan
617
Okunma
Şiirinizi Yazın
Nəfsimi tovlayıb basdım,olmadı,
Şaşdı,qulağından asdım,olmadı,
Heç mənim dünyada dostum olmadı...
Bəlkə də olardı,mən istəmədim.
Bir oğlum,bir qızım,yarım-dövlətim,
Namusum,qeyrətim,arım-dövlətim,
Mənim də dam dolu varım,dövlətim
Bəlkə də olardı,mən istəmədim.
Hüzurdan xalidir bizım dəngələr,
Beş addım mənzili əyir döngələr,
Düzələr deyirdim yəqin gün gələr,
Bəlkə də olardı,mən istəmədim.
Məcnunlar dolaşan düzü hayanda,
Boyu dağ boyumun üzü hayanda,
Eh,ömrün doxsanı,yüzü hayanda...
Bəlkə də olardı,mən istəmədim.
Kim atır qoy atsın həya dalına,
Şərəfi göndərib maya dalına,
Olmadı keçməyim qaya dalına,
Bəlkə də olardı,mən istəmədim.
Qışda bar verməsə qış ağaclarım,
Boş yuva saxlamaz quş ağaclarım.
Haram yediklərim qusacaqlarım...
Bəlkə də olardı,mən istəmədim.
Kim bizi yaratdı,qoy Allah deyək,
Doxsan üstə doqquz say,Allah deyək,
Dünyanı düz eylə,ay Allah,deyək,
Bəlkə də olardı,mən istəmədim.
5.0
100% (1)