1
Yorum
2
Beğeni
5,0
Puan
1128
Okunma
Yeni bir məhəbbət,
yeni bir duyqu,
Yeni bir həyəcan,
yeni bir təlaş,
Gözəl bir gecədə
yorğun birinin
ruhuna rahatlıq,
dinclik gətirən
gözəl bir uyku.
Bürküdən dayanan
xəstə ürəyə
sərinlik gətirən
bahar küləyi,
Bu dünya nuruna
həsrət gözlərin
yeganə arzusu,
görmək diləyi,
Böyük bir səhranın
kiçik parçası
susuzluqdan yanan
biricik qumun
həsrətin çəkdiyi
bir damla yağış.
Ya qiş ortasında
gözel bir bahar,
Ya bahar içində
bəmbəyaz bir qış.
Hem çiçək üstünə
çağrılan arı,
Hem arı məhbubu
gözəl bir çiçək,
Həm elə çiçək ki,
vətəni ürək.
həm bulud üzünə
həsrət bir səma,
Həm elə səma ki,
buludlar tək-tək
az qalıb
yağışa çevrilə,
yer üzünə dama.
Həm suyu qurumuş
dərin bir dərə,
Həm elə bir çay ki,
önünə çıxanı
qərq edir selə.
Həm sevən könlümə
ən incə naxış,
gözəl bir bəzək,
Bu gözəl dünyanı
birlikdə gəzək.
Ey mənim ömrümün
məhəbbət tacı,
Sənsiz hər şirin şey
zəhərdən acı.
Sevdim kainatı
mən sən olaraq,
Sahib çıx sevgimə
sən mən olaraq.
02.05.2006 TUSİ AĞARƏHİM
5.0
100% (1)