0
Yorum
1
Beğeni
0,0
Puan
858
Okunma
Qaydası var,üsulu var sevginin,
Dəstəmazı,qüsulu var sevginin,
Saxtası var,əsli var sevginin...
Mən sevgini belə bildim,sevmədim.
Elə gəlir,dəyişdirir anında,
Gəlir mələk,gəlir pəri donunda,
Əsl sevgi daşa dəyir sonunda...
Mən sevgini belə bildim,sevmədim.
Yüz dəmini bir pərdədə çalan var,
Qiymət qoyub beş manata alan var,
On sözündən doqquzunda yalan var...
Mən sevgini belə bildim,sevmədim.
Şamaması dərmanıdır xəstənin,
Yaxşısını çaqqal yeyən bostanın,
Sevgi nədir-Əsli Kərəm dastanı...
Mən sevgini belə bildim,sevmədim.
Ötən-keçən gözlərimin önündə,
Böyümüşəm bu məhlənin tinində,
Allahı yox imanında,dinində...
Mən sevgini belə bildim,sevmədim.