2
Yorum
2
Beğeni
5,0
Puan
990
Okunma
Ürək,yetər qövr eləmə,
Bezib dərddən fövr eləmə,
Hərdəmxəyal dövr eləmə,
Nə vaxtındı,yasa hələ.
Tüstü dərdi,araq dərdi,
Qov özündən iraq dərdi,
Çəkən çəksin burax dərdi,
Nə vaxtındı, yaşa hələ.
Aman,"oram- buram" etmə,
Heç ölməyi məram etmə,
Ömrü mənə haram etmə,
Nə vaxtındı,yaşa hələ.
Kim deyir ki,keçmiş dəbin,
Coşan qanın,sevən təbin,
Bu dərmanın,bu da həbin...
Nə vaxtındı,yaşa hələ.
Sevgi desən,halalındı ,
Öz xislətin,öz halındı,
Uyma qəmə,zavalındı,
Nə vaxtındı,yaşa hələ.
Müntəzirəm əmrinə mən,
Küy səsinə-səmrinə mən,
Qurban olum ömrünə mən,
Nə vaxtındı,yaşa hələ.
*
araq-vodka,rakı
tüstü-siqara dumanı
5.0
100% (3)