1
Yorum
1
Beğeni
0,0
Puan
927
Okunma
("bitməyən gecələr" dən)
Qələmə sarıldım bu gecə,fəqət
Yazmağa içimdən söz
bulamadım.
Yüz hava oynatdı qəlbimi
bəmdən,
Təzanə buldum da,saz
bulamadım.
Ruhuma hayqıran duyğular
qərib,
Əlimdə tutduğum qələm
umutsuz.
Tənhayam zülmətin tən
ortasında,
Kəlmələr mutsuzdu,bir də mən
mutsuz.
Fikirlər dolaşır qayğılarıma,
Mənası dönməyir söz qəlibinə.
Dağılır tökülür,tikiş tutmayır,
Düzürəm,sığışmı r öz qəlibinə.
Gönlün dingildəyən vaxtı
hayanda...
Odu alışmayır bədava yerə.
İlhama qalmışdı
təkcə,gümanım,
O da çalışmayır bədava yerə.
Ayın südişığı zülməti yarıb,
Mirvari sapına düzülən kimi
Düzülür badəmin dodaq
yerinə.
Süzülür su daşdan süzülən
kimi.
Açıb qapamağa həvəsim
sönük,
Camsız pəncərəmə soxulur
külək.
Dayadır başını omuzlarıma-
Bir yanda şeytandı,bir yanda
mələk...
Tanrıya gedim mi,yalvarım
mı,ah...
Şaşırmış,üzümə baxır dualar.
Dilim ki,onlara alışıq deyil,
İçimdən içimə axır dualar,
İçimdən içimə axır dualar.
*