0
Yorum
1
Beğeni
0,0
Puan
748
Okunma
Yunusun canı yanmasin,
Yazdı bizi,ad eylədi.
Gönlümüzü çaldı getdi,
Ruhumuzu şad eylədi.
Hakkı səlamdı sözləri,
Cümlə kəlamdı sözləri,
Sirri aləmdi sözləri,
Sətirlərdə dad eylədi.
Kəm ağıla,başa güldü,
Gökdən düşən daşa güldü,
Gözündəki yaşa güldü,
İçində fəryad eylədi.
Şəhiddi,baxdı toprağa,
Qanını yaxdı toprağa,
Su oldu,axdı toprağa,
Toprağı abad eylədi.
Dillər susdu töhmətinə,
Həlal olsun zəhmətinə,
Qovuşdu hak rəhmətinə,
Ərənləri yad eylədi.