0
Yorum
0
Beğeni
0,0
Puan
677
Okunma
("Xəzandan sonra qışdı"-silsilə
şeirlər)
Birtəhər,ölə qala,
Gözlərim dola dola,
Xəzanı verdim yola,
Yönüm qışa tərəfdi.
Söz qovuram içimdə,
Çətin duram içimdə,
Soyuyuram içimdə,
Yönüm qışa tərəfdi.
Bülbülü getmiş bağam,
Saralmış son yarpağam,
Yağmalanmış torpağam,
Yönüm qışa tərəfdi.
Göylərin boz rəngi nə?
Fikrim keçdi çənginə,
Dörd mövsümün dənginə-
Yönüm qışa tərəfdi.
Üfüqü qaralarım,
Vətəndi oralarım,
Sızlayır yaralarım-
Yönüm qışa tərəfdi.
*