2
Yorum
4
Beğeni
5,0
Puan
1140
Okunma
OVUCDA QAR DANƏSİ
<<>>
Addımlar ağır ağır,
Baxışlardan buz yağır.
Dodaqda şaxta izi,
Sazaq qovurur üzü.
Fikirlər tam dolaşıq,
Gözlər donuq,bulaşıq.
Ayaqaltı sürüşkən,
Əllər havada qalmış.
Göydən gələn umutlar
Sönmüş sobada qalmış.
Damlarda arasıra
Sallanır lom sırsıra.
Sona yetməyən istək,
Həm qarışıq,həm tək tək
adamsız ləpirlərin
ləpirsiz adamları...
Qar örtmüş tüm damları.
Səmada nələr nələr,
Buluddan boz pərdələr,
Üstünə ulduz yağır,
Göz yaşından duz yağır.
Dəli sevənlər kimi
gönlü yara susamış,
Topraq qara susamış.
Nidasız duaların,
Səssiz yalvarışların
qar yağır üzərinə.
Qar yağır narın narın...
Məndən beş addım ötə
xatirələr sokağı,
Qısılır xəyalıma
ömrün çocuqluq çağı.
Kiçik ovuclarıma
sığışmayan ovuclar.
Tənbəl tənbəl yağır qar.
Onun yanaqlarında
ilk eşqin qızartısı,
Mənim dodaqlarımda
ehtiras işartısı.
Bəbək üzlü o məsum
sevdalanmış çocuqluk,
Boz,bəlirsiz duyğular...
Qar üstünə yağır qar.
Hələ alnım qırışsız,
Hələ əllərim sıcaq.
Xatirələr bir qarış,
Xatirələr bir qucaq.
Bir sevda əfsanəsi-
Ovucda qar danəsi...
5.0
100% (4)