0
Yorum
1
Beğeni
5,0
Puan
821
Okunma
Günəş giriftardı bulud əlində.
Siyah pərdələrin siyah üzünü
yırtıb geçə bilmir cəsarətiylə.
Burda duyan yoxdu Tanrı sözünü.
Qapılar qapanmış kilidlərilə,
Hörümçək toruna dolaşmış umud.
Gedəsi yolların döngələrində
Qoxumuş çamura bulaşmış umud.
İlanlar dişində zəhər paylayır,
Zahidlər dilində iman paylayır.
Əyri qılıncların qanlı ucunda
Cəlladlar ölümdən aman paylayır.
Bəyaz kəfənlərdi bayram libası,
Üstündə günahın qan ləkələri.
Duasız filansız ilk qurbanların
Çöplüyə atılır son tikələri.
Zülmət-dörd yönə bax...
haqqın işığı
Yetmir vicdanların saxta yerinə.
Soyuq baxışların soyuq atəşi
Dondurur,üşüdür şaxta yerinə.
İçimə ağlayır yaşsız gözlərim,
Qaybolan insanlıq bəlkə son kərə
məndən xilas umur,
mənsə günəşdən
gölgələr umuram,boyuma görə...
Şeytanın səsindən,nərilt isindən
Allah da duymayır hiç
çağırmasam.
Yöntəmi dəyişmiş çərxi fələyin,
Günəş doğmayacaq mən
doğurmasam.
5.0
100% (1)